Xaricdə təhsil almaq istəyən gənclərin sayı artıb-ŞƏRH
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5781650_.jpeg)
Tarix: 22:03 10.02.2025
Bəzi hallarda məzunların aldıqları diplomlar ölkədə tanınmır və bu, onların karyera planlarına ciddi maneələr yaradır. Xarici diplomların tanınmaması hansı hallarla bağlıdır?
Mövzu ilə bağlı "Informator.az"a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm qeyd edir ki, xarici diplomlar o halda tanınmır ki, tələbə aldığı təhsilin dilini bilmir:
"İkinci olaraq isə həmin ali təhsil müəssisəsi öz ölkəsinin akkreditasiyasından keçməyib. Yəni, həmin universiteti öz ölkəsinin akkreditasiya qurumu tanımır. Belə olan halda Azərbaycanın ali təhsilə nəzarət və akkreditasiya qurumu – hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyi – bu diplomu təsdiq etmir, çünki həmin universiteti ali təhsil müəssisəsi kimi qəbul etmir. Bu, təkcə bizim ölkədə deyil, eyni zamanda həmin ölkənin akkreditasiya qurumunda da eyni qaydada tətbiq edilir”.
Zəhra Məmmədova