Bu ölkədə hökumətin formalaşdırılması üzrə işlər 4-cü aydır davam edir

Bölmə: Dünya › ,
Tarix: 13:08 03.09.2024

Belçikada iyunun 9-da keçirilən seçkilərdən sonra başlayan hökumət qurmaq cəhdləri hələ də nəticə verməyib.

Belçika kralı Filip yenidən N-VA-nın lideri Bart De Veverə hökuməti qurmaq tapşırığını verdi. Demək olar ki, hər seçkidən sonra böhran yaşanan Belçikada 2019-cu il seçkilərindən sonra 653 gün hökumətsiz qalmaqla bu mövzuda rekord qırıb.
Belçika kralı Filip ikinci dəfə hökuməti qurmaq tapşırığını iyunun 9-da seçki qutusunda birinci gələn N-VA lideri Bart De Weverə verdi.
Belçika Tacının verdiyi yazılı açıqlamada Kral Philppenin bir daha De Weverə hökuməti qurma vəzifəsini verdiyi açıqlanıb.

Açıqlamada De Veverin sentyabrın 23-də hesabatını krala təqdim edəcəyi bildirilib.
Sonrakı qiymətləndirməsində kral ya De Veverin səlahiyyət müddətini uzadacaq, hökuməti formalaşdırmaq vəzifəsini başqa ada keçirməyə qərar verəcək, ya da bir daha vasitəçilik proseduruna əl atacaq.
İyunun 9-da keçirilən seçkilərdən sonra De Wever seçkinin qalibi olduğu üçün kral tərəfindən hökumət qurmaq tapşırığı verildi.

Onun partiyası N-VA hökuməti qurmaq üçün səs çoxluğu əldə edə bilmədiyi üçün Brüssel Paytaxt Bölgəsində birinci ola n Frankofoniya liberal MR partiyası De Vever və fransızdilli icmanın bölgəsi olan Valoniya parlamentində mərkəzçi partiya. Wallonia-da 4-cü olan Les Engages, Flaman bölgəsində 3-cü olan Flamand partiyası Vooruit və dördüncü yerdə olan Flamand xristian demokrat CD&V ilə beştərəfli danışıqlar aparıb.
De Veverin federal sosial islahat təklifi ətrafında danışıqlar davam etdi, lakin konsensus əldə olunmadı.
Buna görə də De Wever mandatı 23 avqustda krala qaytardı. Kral Les Engages lideri Maksim Prevotu 5 tərəf arasında "vasitəçi" təyin etdi.

Mənbə:Habertürk
Elnurə Kərimova