HƏMAS növbəti girov buraxılışını təxirə saldı

Bölmə: Dünya › ,
Tarix: 21:48 10.02.2025

HƏMAS növbəti girov buraxılışını təxirə saldığını açıqlayıb. Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edərək, azad ediləcək girovların "naməlum müddətə" buraxılmayacağını bildirib.

 

Buna cavab olaraq, İsrailin müdafiə naziri Yoav Qalant ordunun "istənilən ssenariyə" hazırlaşması üçün göstəriş verdiyini açıqlayıb. Keçmiş milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə Qəzzəyə "kütləvi hücum" çağırışı edib və humanitar yardımların dayandırılmasını təklif edib. HƏMAS və İsrail atəşkəs sazişinin birinci mərhələsində bir-birini dəfələrlə pozuntularda ittiham edib. Yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra bu, dördüncü girov mübadiləsi olub. HƏMAS 3 girov buraxıb, lakin hələ də 79 nəfər Qəzzada girov saxlanılır. İsrail isə 183 fələstinli məhbusu azad edib. Ötən ay Qətərdə imzalanan razılaşmaya əsasən, atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar bazar ertəsi başlamalı idi. Lakin HƏMAS İsrailin razılaşmaya uyğun olaraq Qəzzaya sığınacaq ləvazimatlarının girişinə icazə vermədiyini bildirib.


CNN News

Aydan Quliyeva