Putindən "Çingiz xan" salamı

Bölmə: Dünya › ,
Tarix: 21:06 03.09.2024

Rusiya prezidenti Vladimir Putin danışıqlar aparmaq üçün getdiyi Ulan-Batorda Monqolustan prezidentini Uxnaaqiyn Xurelsux rəsmi mərasimlə qarşılanıb.

 

Mərasim zamanı Putinin Çingiz xan heykəli qarşısında baş əyməsi diqqət çəkib. Kreml Sarayından verilən açıqlamaya görə, mərasim Ulan-Batorda başlayıb. Onlar parlament binasının qırmızı xalçalı pilləkənləri ilə qalxarkən, Xurelsux dayanıb heykəlin qarşısında baş əyib. Bu zaman geriyə dönmək üçün hərəkət etdiyi görünən Putin də eyni hərəkəti edib.

 

Mənbə: CNN türk 

İlahə Həsənova