Netanyahunun qan donduran bəyanatı: Qəzzada mülki ölümlər yüksək deyil

Bölmə: Dünya › ,
Tarix: 11:18 05.09.2024

İsrailin soyqırımçı baş naziri Benyamin Netanyahu, 7 oktyabrdan bəri Qəzza zolağında davam edən hücumlarda mülki itkilərin çox olmadığını söyləyib.

Netanyahu beynəlxalq mətbuat nümayəndələri ilə görüşündə İsrail ordusunun Qəzzaya hücumlar zamanı mülki əhalinin zərər görməməsi üçün “digər ordulardan daha çox tədbir gördüyünü” iddia edib.

Qəzzanın Rəfah bölgəsinə edilən hücumlarda 2 min adam həlak olub. Netanyahu 20 mülki fələstinlinin öldürüldüyünü iddia edib.

Netanyahu fələstinlilərin hücumlardan əvvəl “təhlükəsiz zona”ya keçdiyini iddia edərək, onları çadır, su şəbəkəsi, kanalizasiya və yeməklə təmin etdik dedi.

İsrailin Qəzzada poliomielit peyvəndinə icazə verdiyini ifadə edən Netanyahu, "Bu siyasətdən əl çəkməyəcəyəm, humanitar siyasət yürütməkdən əl çəkməyəcəyəm" dedi.

O, Qərb Sahilinin xəritəyə daxil edilməməsini müdafiə edib
Netanyahu mətbuat konfransı zamanı göstərdiyi xəritədə İordan çayının qərb sahilinin yer almadığını bildirib.

Fələstinlilərin “bacardıqları qədər israillini öldürməyə çalışdıqlarını” iddia edən Netanyahu “Biz onları qovmaq istəmirik, onlar bizi qovmaq istəyirlər” deyib.

“Rəfahdan geri çəkilsək, əsir götürə bilmərik”
İsrailli əsirlərin azad edilməsi üçün HƏMAS-ın "təzyiq altında" saxlanılması lazım olduğunu müdafiə edən Netanyahu, "Filadelfinə girəndə, Rəfaha girəndə və Rəfah keçidinə nəzarət etdiyimiz zaman onlar əsirləri azad etməyə başladılar" dedi.

Netanyahunu İsrail və beynəlxalq ictimaiyyət siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham edir.

İsrailin saziş layihəsinə əlavə etdiyi maddələr və xüsusilə, Filadelfi dəhlizinə, Qəzza sərhəd xəttinə nəzarəti saxlamaqda israrın danışıqları çətinləşdirdiyi vurğulanır.

Digər tərəfdən, İsrail bu müddət ərzində Qəzza zolağında şiddətli hücumlarını davam etdirir.

İsrailin Qəzzaya hücumlarında əksəriyyəti qadın və uşaqların 10 aydan çox müddətdə can itkisi 40 mini keçərkən, bölgədəki humanitar fəlakət günü-gündən dərinləşir.

Mənbə: TRT Haber
Fidan Fərhadlı