Xarici işlər naziri Fidan: Qəzzadakı soyqırımın səbəbi Netanyahunun özüdür

Bölmə: Dünya › ,
Tarix: 18:50 05.09.2024

Xarici işlər naziri Fidan Skopyedə Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşündən sonra danışıb. Qəzzaya edilən hücumlarla bağlı danışan Fidan, "Soyqırımın əsas səbəbkarı Netanyahunun özüdür" deyib. 

 

Fidan Skopyedə Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Mucunski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Qəzzada vəhşiliyin davam etdiyini bildirən Fidan, gərginliyin İordan çayının qərb sahilinə sıçradığını və Məscidül-Əqsaya qarşı təxribatların vəziyyəti daha da pisləşdirdiyini bildirib.

 

Netanyahu hakimiyyətdə qalmaq naminə ölüm və terror səpməyə davam edir. Netanyahu bütün atəşkəs cəhdlərini sabotaj edir, "Bu, Davamlı olaraq yeni şərtlər irəli sürməklə atəşkəs danışıqlarını pozmağa davam edir” dedi.

 

Hətta İsrail ictimaiyyətinin də Netanyahuya qarşı üsyana başladığına diqqət çəkən Fidan, "Beynəlxalq ictimaiyyət Netanyahunu dayandırmalıdır. Qırğına səssiz qalmaq, bu cinayətin ortağı olmaqla sinonimdir" dedi.

 

Mənbə: HABERTÜRK

Elnurə Kərimova