Limon, həqiqətən də, hər sahədə faydalıdır? Hər kəs eyni səhvi edir...

Bölmə: Maraqlı › ,
Tarix: 21:58 05.09.2024

Sağlamlığımız üçün çox faydalı olduğu bilinən C vitamini mənbəyi olan limon hər sahədə sağlam olmaya bilər. Bir çox insan limonun hər zaman faydalı təsirlər göstərəcəyini düşünərək hərəkət edir. Ancaq bu səhvi etsəniz, limon zəhər yaya bilər.

Elektron cihazları təmizləyərkən limon suyu və ya tərkibində limon olan hər hansı təmizləyici vasitə istifadə edilməməlidir. Elektron komponentlər limonun asidik xüsusiyyətləri ilə zədələnə və qısaqapanma kimi ciddi problemlərə səbəb ola bilər. Limon suyu kəsiklərə, sıyrıntılara və ya digər dəri zədələrinə birbaşa tətbiq edilməməlidir. Tərkibi ağrı və qıcıqlanmaya səbəb ola bilər. Həssas dərisi olan insanlarda qızartıya səbəb olacaq. Dişlərə limon suyu sürtmək də zərərli ola bilər. Güclü turşu quruluşu diş minasına zərər verə bilər. Bu vəziyyət diş ətlərinin daha həssas olmasına səbəb olur və uzun müddətli istifadədə diş çürüməsinə səbəb olur. Limonun turşu təbiəti sədəf və cilalanmış taxta səthlərdə istifadə edilməməlidir. Limonun bu səthlərdə istifadəsi cilaya zərər verə bilər və səthdə ləkələr buraxa bilər. Limon suyu da gözə dəydikdə ciddi problemlər yarada bilər.Təmizlik sahəsində tez-tez seçilən limon suyu bəzi paltarların təmizlənməsi üçün uyğun deyil.

Xüsusilə rəngli paltarlarda və zərif parçalarda istifadə edildikdə rəngin solmasına səbəb ola bilər. Təbii liflərdən hazırlanmış paltarların aşınmasına da səbəb ola bilər. Limon suyu içmək bəzi insanlarda ürək yanması və ya reflü şikayətlərinə səbəb ola bilər. Mədə həssaslığı olan insanlar yeməkdən əvvəl limon suyu istehlak etməkdən çəkinməlidirlər. Əgər qan təzyiqi ilə bağlı problemlər üçün limon suyu istifadə edirsinizsə, fərqli bir alternativ cəhd edə bilərsiniz. Xüsusilə bəzi antibiotiklər və təzyiq dərmanları limon suyu ilə qəbul edildikdə arzuolunmaz təsirlərə səbəb ola bilər. Nə qədər sağlam qida olsa da, onu doğru yerdə və düzgün şəkildə istifadə etməmək riskli nəticələrə gətirib çıxara bilər.

Mənbə: Pembenar
Mehriban Nəsibova