Yeni texnologiya sağlamlığınıza barmaqlarınızın ucundan nəzarət edəcək
Bölmə: Maraqlı › ,Tarix: 20:33 06.09.2024
Elm adamları, tərlə aktivləşdirilən yeni barmaq sarğı ilə sağlamlığın monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.
Bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərini, vitaminləri, dərmanları və digər maddələrin səviyyəsini ölçə bilər.
Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.
Kaliforniya Universitetinin San Dieqo Mühəndislik Məktəbindən Şichao Dinq deyib: "Bu cihaz hətta istifadəçi istirahət edərkən və ya yatarkən belə enerji toplaya və biomarker səviyyələrinə nəzarət edə bilər. Sağlamlığın monitorinqi artıq sizin əlinizdədir".
Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən və elastik polimerin üzərinə yerləşdirilən bioyanacaq hüceyrələrini ehtiva edir.Sensorlarla o, qlükoza, C vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.
Toplanmış məlumatlar Bluetooth vasitəsilə smartfona və ya kompüterə ötürülür.
Bildirilir ki, bu yeni texnologiya şəkərli diabet xəstələri kimi daimi sağlamlıq nəzarətinə ehtiyacı olan insanlar üçün də istifadə edilə bilər.
Mənbə: CNN türk
Mehriban Nəsibova