BMT İsrailin mülki çadırlara hücumunu kəskin şəkildə pisləyib
Bölmə: Dünya › ,Tarix: 21:34 10.09.2024
BMT-nin baş katibi İsrail ordusunun Xan Yunisdə "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasidə köçkün mülki şəxslərin qaldığı çadırlara hücumunu şiddətlə qınayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrail ordusunun Xan Yunisdə "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasidə köçkün mülki şəxslərin qaldığı çadırlara hücumunu şiddətlə qınayıb.
BMT-nin sözçüsü Stefan Düjarrik İsrailin Əl-Məvasi bölgəsinə hücumu ilə bağlı Quterreşin bəyanatını çatdırıb.
Buna uyğun olaraq, Quterreş Qəzzada davam edən can itkisindən dərin narahat olduğunu bildirib.
Quterreş İsrail ordusunun Xan Yunusda "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasidə köçkün mülki şəxslərin qaldığı çadırlara hücumunu şiddətlə qınayıb və "Əhalinin sıx olduğu bölgələrdə ağır silahların istifadəsi qəbuledilməzdir" deyib.
İsrailin təhlükəsiz olduqlarını iddia edərək fələstinli mülki vətəndaşları bura yönəltdiyini bildirən Quterreş, "Qəzzada təhlükəsiz yer yoxdur" deyib.
BMT-nin baş katibi dərhal atəşkəs və məhbusların qeyd-şərtsiz azad edilməsinə çağırıb.
İsrail ordusunun Qəzza zolağında didərgin düşmüş mülki əhalinin çadırlarına hücumu nəticəsində azı 40 nəfər ölüb. Şahidlərdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Xan Yunisin qərbində "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasi bölgəsindəki çadırlara 3 raket zərbəsi endirib.
Mənbə : TRT Haber
Lalə Qafarova