Avstraliya uşaqlar üçün sosial medianı qadağan etməyə hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 22:34 10.09.2024

Avstraliya hökuməti uşaqların və yeniyetmələrin sosial mediadan istifadəsinə icazə verilməməsi ilə bağlı qanun qəbul etməyi planlaşdırır.

Baş nazir Entoni Albanese bildirib ki, yaşın yoxlanılması proqramı hazırlanmaqdadır. Baş nazir açıqlamasında uşaqların sosial mediadan istifadəsini qadağan edəcəklərini və minimum yaş həddi 16 olacağını bildirib. Uşaqları ekranlardan uzaqlaşdıraraq “futbol meydançalarına” yönləndirəcəkləri bildirilib.

Avstraliyanın Baş naziri Entoni Albanese, uşaqları sosial mediadan uzaq tutmaq üçün federal qanunvericiliyin bu il qüvvəyə minəcəyini bildirərək, saytların gənclərə təsirini “problem” olaraq xarakterizə etdi.

Albanese, uşaqların Facebook, Instagram və TikTok kimi saytlara daxil olması üçün minimum yaş həddinin hələ müəyyən edilmədiyini, lakin bunun 14-16 yaş arasında olacağının gözlənildiyini bildirib.

Baş nazir 16 yaşından kiçik istifadəçilərin bloklanmasına üstünlük verəcəyini bildirib.

Avstraliya lideri, yaxın aylarda yaşın yoxlanılması sınaqlarının başlayacağını söylədi, lakin analitiklər onlayn yaş məhdudiyyətinin tətbiqinin texniki cəhətdən mümkün olduğuna əmin deyillər.

"Uşaqların cihazlarını yerə qoyub futbol meydançalarına, üzgüçülük hovuzlarına və tennis kortlarına getmələrini istəyirəm" dedi Albanese.

Milli yayımçı ABC-yə danışan Albanese deyib: "Biz onların real insanlarla real təcrübəyə malik olmalarını istəyirik, çünki sosial medianın sosial ziyana səbəb olduğunu bilirik. Bu, bir bəladır. Biz bilirik ki, bir çox gəncin üzləşməli olduğu şeylərin nəticələri var".

Mənbə: NTV Haber
Zeynəb Mustafazadə