“Yaş əngəl deyil: tənha yaşlılarla iş” adlı layihənin icrasına başlanılıb
Bölmə: Sosial › ,Tarix: 13:20 03.06.2024
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Qeyri- Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Yaş əngəl deyil: tənha yaşlılarla iş” adlı layihənin icrasına başlayır.
Bu barədə layihə rəhbəri İradə Polad məlumat verib. Onun sözlərinə görə, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim diqqətindədir: "Yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Bu layihədə başlıca məqsəd yaşlı vətəndaşların asudə vaxtının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Yaşlılarla iş əsasən 3 istiqamətdə maarifləndirmə, sağlamlıq və yaradıcılıq üzrə rəngarəng fəaliyyətlərə cəlb olunacaq. Belə ki, ahıl insanlar üçün pisxoloqla görüş təşkil olunacaq. Psixoloqla görüşdə əsasən, qayğıya ehtiyacı olan yaşı 55-65 arası 16 nəfər ahılla söhbət aparılacaq. Onlarla söhbət zamanı problemləri, nəyə ehtiyacı olması, sıxıntıları və ətrafında olan insanlar tərəfindən basqıya məruz qalıb-qalmaması aydınlaşdırılacaq. Hər bir ahılın probleminə fərdi yanaşılacaq və onlara zəruri tövsiyələr veriləcək. Ahılların asudə vaxtının rəngarəng olması üçün Azərbaycanın müxtəlif yerlərinə gəzintilər təşkil onunacaq. Ahılların ad günləri qeyd ediləcək".
Qeyd edək ki, layihə Qax rayonunda və Laçın şəhərində 3 ay müddətində icra olunacaq.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.