İnsanın birdən-birə qocalmağa başladığı yaş məlum olub
Bölmə: Maraqlı › ,Tarix: 20:46 16.09.2024
Stanford Universitetinin alimləri müəyyən ediblər ki, qocalma prosesi tədricən deyil, 44 və 60 yaşlarında müşahidə olunan kəskin “partlamalar” şəklində baş verir.
Müxtəlif yaşlarda olan 100-dən çox insanın iştirak etdiyi araşdırma sürətlənmiş qocalmanın iki əsas mərhələdə baş verdiyini müəyyən edib. Məhz bu dövrlərdə insanlar ürək-damar və dayaq-hərəkət sistemlərinin sağlamlığı ilə bağlı problemlərə xüsusilə həssas olurlar.
44 yaşında baş verən qocalmanın ilk "sıçrayışı" kofein, spirt və lipidlərin mübadiləsinə təsir edir və eyni zamanda ürək problemləri ilə də əlaqələndirilir. 60 ildən sonra baş verən ikincisi, immunitet sisteminə və böyrək funksiyasına təsir göstərir. Hər iki dövrdə dərinin və əzələlərin pisləşməsi müşahidə olunur.
Mənbə: pravda.ru