"Zəngəzur dəhlizi Azərbaycanla Ermənistanın münaqişəsi deyil..."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:50 17.09.2024

Qlobal miqyasda mühüm əhəmiyət kəsb edən Zəngəzur dəhlizinin nə zaman açılacağı və ona kimin nəzarət edəcəyi hələdə açığ qalan suallardandır.Əgər Ermənistan bu kolidorun açılmasına ciddi maneə yaradarsa, Azərbaycan tərəfi hansı addımları atacaq?

Məsələni "informator.az"a şərh edən politoloq Azad Məsiyev qeyd edir ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr sazişinin 9-cu müddəasında özünü əks etdirir:

"Yəni Ermənsitan-Azərbaycan arasında nəqliyyat  infrastrukturunun açılması, eyni zamanda Azərbaycanın Naxçıvanla sərbəst əlaqəsinin təmini və vətəndaşlarımızın təhlükəsizliyinin əldə edikməsi üçün  önəmlidir. Ermənistan bununla bağlı öhdəlik götürüb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin həmin bölgəyə nəzarət etməsinə icazə verib. 44 günlük müharibədə, anti-terror əməliyyatlarında Azərbaycanın qələbəsi Ermənistanı məcbur etdi ki, bu müddəalara əməl etsin. Ermənistan isə Qərbdən, ABŞ -dan gələn sifarişlə Rusiyanın bura nəzarətinə əngəl yaradır. Zəngəzur dəhlizi Azərbaycanla Ermənistanın münaqişəsi deyil, bura qlobal güclərin maraqlarının  toqquşduğu episentrdır. ABŞ  Ermənistan üzərindən həmin dəhlizə nəzarət etmək istəyir. Rusiyanın isə Avropaya çıxışı bağlanıb. Bu dəhlizlə Rusiya Avropaya, İrana, Hind okeanına, Afrikanın cənub coğrafiyasına çıxmaq istəyir. Eyni zamanda dəhliz açılarsa, Rusiya Türkiyəylə də quru əlaqəsi yarada bilər. Bu səbəblərdən də Cənubi Qafqazda qlobal güclərin maraqları toqquşur. Zəngəzur dəhlizi də bu toqquşmanın bir elementidir.
Uzaq Çindən, Hindistandan gedən Avropaya gedən yüklər bu dəhliz açılarsa, buradan da keçə bilər. ABŞ rəhbərliyi Rusiyanın burda nüfuzunu zəiflətmək üçün xüsusi təlimlər verir ki, Rusiyanın bütün təkliflərini rədd etsin. Ermənistanda Dəmiryollarna nəzarət edilməsi Rusiya şirkətlərinə məxsusdur.
Əgər ABŞ-ın göstərişi ilə Ermənistan daha da radikallaşarsa, Rusiya ona uyğun adekvat cavab verəcək".


Politoloqun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizinin açması ilə Türkiyəylə, Naxçıvanla əlaqələri genişlətmək istəyir:

"Əgər bu olmazsa, Azərbaycan İrandan Araz dəhlizi vasitəsilə quru əlaqələrinin yaradılması prossesini sürətləndirəcək. Azərbaycan İranla əməkdaşlığı genişlətməkdədir. Amma əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasını gecikdirəcəksə, biz alternativ yollarada əl atacağıq.
Amma Azərbaycanla Ermənsitanın arasında sərhədlər hələki müəyyən edilməyib. Biz 1918-ci ildəki AXC varisiyik, buna görə də tarixi torpaqlarımızdanda imtina etməməliyik.
Eynilə Ermənsitanın indiyə qədər Azərbaycana vurduğu maddi ziyan da təzminat olaraq gündəmə gəlməlidir. 4-5 milyona yaxın ziyan dəyib ki, Ermənistan da bunu ödəyəcək imkanda deyil. Qeyri-rəsmi məlumatlara görə ermənilər 300-400 milyard ziyan vurub. Buna görə də torpaqlar mübadilə edilməlidir.


Fidan Fərhadlı