Yerin çağırılmamış qonağı: “Mini Ay” yoldadır
Bölmə: Maraqlı › ,Tarix: 23:53 20.09.2024
Yaxın günlərdə dünya qeyri-adi hadisə ilə üzləşəcək. 2024 PT 5 adlı asteroid planetimizin atmosferinə düşmək əvəzinə Yerin orbitinə daxil olacaq və “Mini Ay” olaraq qalacaq. Mini Ayın orbitdə təxminən iki ay qalması gözlənilir.
Yaxın günlərdə Yer kürəsi qeyri-adi astronomik hadisə yaşayacaq, bu payız məhdud müddət ərzində Yer ikinci peyk alacaq.
Bu həftə dərc edilən araşdırmaya görə, 2024 PT 5 adlı asteroid orbitə girəcək və Yer atmosferinə düşmək əvəzinə "Mini Ay" olaraq qalacaq.
TƏXMİNİ İKİ AY QALMASI GÖZLƏNİLİR
Təxminən bir şəhər avtobusu uzunluğunda olan asteroidin planetimizin ətrafında təxminən iki ay qalacağı gözlənilir.
Sentyabrın 29-dan noyabrın 25-dək Yer orbitində qalacaq və sonra Günəşin orbitinə qayıdacaq asteroid Günəş sistemindəki səyahətinə davam edəcək.
Asteroid avqustun 7-də NASA tərəfindən maliyyələşdirilən Asteroid Yerə Zərbə Son Xəbərdarlıq Sistemi (Atlas) tərəfindən kəşf edilib.
YERİN İLK MİNİ AYI DEYİL
Diametri təxminən 10 metr olan asteroid Yerin peyki ilə müqayisədə çox kiçikdir.
Alimlər əlavə ediblər ki, onlar "Mini Moon1" asteroidinin 2055-ci ildə Yer orbitinə qayıdacağına inanırlar.
Bu, Yerin sahib olduğu ilk "Mini Ay" deyil. Tədqiqatçılar 1981 və 2022-ci illərdə iki "Mini Moon" hadisəsinin baş verdiyini yazıblar.
Xəbərin vizualını ShutterStock təqdim etdi.
Mənbə: Haber Türk
Aysel Ağakərimova