Bu ölkədə artıq çəkisi olmayan qadınlar evlənə bilməz!
Bölmə: Maraqlı › ,Tarix: 23:27 23.09.2024
Dünyanın bir çox yerlərində gözəllik standartları fərqli ola bilər. Bəzi ölkələrdə ağ dəri gözəllik ölçüsü kimi qəbul edilərkən, bəzi ölkələrdə uzun boyun üstünlük hesab olunur. Dünyanın ən maraqlı 5 gözəllik anlayışını təqdim edirik.
Asiyada ağ olmaq çox vacibdir.
Asiyalı qadınlar ağ və qüsursuz dəriyə sahib olmaq üçün saysız-hesabsız üsullardan istifadə edirlər. Ümumiyyətlə düyü suyundan faydalanan asiyalı qadınlar da günəş işığından qaçmağa çox diqqətlidirlər.
Alt dodaqlarında disklər taxırlar
Şərqi Afrikada Mursi qəbiləsində yaşayan qadınlar diskin köməyi ilə mümkün qədər alt dodaqlarını uzadırlar. Üstəlik, bu ənənənin onlara status verdiyinə inanırlar.
Heç düşünmədən bıçağın altına girirlər
İranda burun əməliyyatı gözəlliyin böyük ölçüsüdür. İranlılar qövssüz və mürəkkəb formalı buruna sahib olmaq üçün tərəddüd etmədən bıçağın altına girir və plastik əməliyyat etdirdikləri ilə öyünürlər. İranlı qadınların ən çox tətbiq etdiyi prosedurlardan biri də dodaq dolğunlaşdırmasıdır. Əksər insanlar bu süni görünüşü bəyənməsə də, iranlı qadınların çox xoşuna gəlir.
Uzun boyunlu olmaq üçün üzük taxırlar
Myanmada yaşayan Padaung icmasının qadınları gənc yaşlarından boyunlarına mis üzüklər taxırlar, çünki burada "boyun nə qədər uzun olsa, bir o qədər gözəlsən" anlayışı var.
Artıq çəkisi olmayan insanların evlənə bilməyəcəyi ölkə
Mavritaniyada qadınlar çox gənc yaşlarından kökəlməyə məcbur edilir. Xüsusilə bel bölgəsindəki yağların Mavritaniyalı qadınlara cazibə qatdığına inanılır. Mavritaniyada arıq qadınların ərə getməsi çox çətin olduğu üçün bəzi balaca qızlar kökəlmə düşərgələrinə göndərilir.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə