Avropanın 6 ölkəsini vuran “Boris” qasırğasında 24 nəfər ölüb

Bölmə: Maraqlı › ,
Tarix: 23:29 23.09.2024

Mərkəzi və Şərqi Avropanı dağıdan Boris qasırğasında qurbanlar getdikcə ağırlaşır. Avstriya, Çexiya, Macarıstan, Polşa, Rumıniya və Slovakiyada yaşayış məntəqələrini su basması nəticəsində ən azı 24 nəfər həyatını itirib. Çexiyada 60 mindən çox ev işıqsız qalıb.

Mərkəzi və Şərqi Avropada “Boris” qasırğasının yaratdığı ekstremal hava şəraiti və sel fəlakəti nəticəsində ölənlərin sayı 24-ə çatıb.
ALTI ÖLKƏ TƏSİRLƏR

Cümə günündən etibarən Avstriya, Çexiya, Macarıstan, Polşa, Rumıniya və Slovakiyada güclü külək və qeyri-adi leysan yağışları müşahidə olunub.

AVSTRIYADA BEŞİNCİ HƏYAT İTKİSİ

81 yaşlı qadın Avstriyada beşinci daşqın qurbanı olub, polis sözçüsü bildirib.

Yanğınsöndürmə qrupları qadının cansız cəsədini ölkənin daşqından ən çox zərər çəkmiş əyaləti olan Aşağı Avstriyada su basmış evində tapıblar.

Son hesablamalara görə, Boris qasırğası Rumıniyada 7, Polşada 4 və Çexiyada 3 nəfərin həyatına son qoyub.

Səlahiyyətlilər çayların daşmasına səbəb olan fəlakətlə bağlı əhalidən diqqətli olmalarını istəyib.

Aşağı Avstriyanın qubernatoru Yohanna Mikl-Leitner Avstriyada 26 yaşayış məntəqəsində elektrik enerjisinin kəsildiyini, hava şəraitinin yaxşılaşması ilə əlaqədar "Fəlakətin miqyasını aşkar edirik" dedi.
60 MİNDƏN ÇOX EV ELEKTRİKSİZDİR

Bildirilir ki, Çexiyada 60 mindən çox ev hələ də işıqsız qalıb, onların əksəriyyəti ölkənin şimal-şərqindədir.

Ölkənin ən böyük su tutma hövzəsi olan Rozmberk gölməçəsi daşmağa başlayarkən, ötən gecə uşaqlar da daxil olmaqla 500 nəfər təxliyə edilib. 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasından (IFRC) Andreas von Weissenberg bildirib ki, iqlim dəyişikliyinin bu hadisələrlə əlaqəsi olub-olmadığını müəyyən etmək üçün araşdırmaların yaxın aylarda aparılacağı gözlənilir.

Mənbə: NTV Haber
Zeynəb Mustafazadə