Tramp prezidentliyi dövründə nüvə silahlarından tamamilə imtina etmək cəhdini açıqlayıb
Bölmə: Dünya › ,Tarix: 21:06 09.10.2024
ABŞ , Rusiya və Çin nüvə silahlarının tamamilə ləğvi ilə bağlı danışıqlar aparırdılar və razılaşmaya yaxın idilər.
Keçmiş Amerika lideri və Respublikaçıların bu vəzifəyə namizədi Donald Tramp bu planı prezidentliyi dövründə Flagrant YouTube kanalına müsahibəsində açıqlayıb.
“Biz nüvə silahından tamamilə xilas olmaq üçün saziş bağlamağa yaxın idik. Çox gözəl olardı” dedi.
Trampın sözlərinə görə, Vaşinqton , Moskva və Pekin əvvəlcə öz nüvəsizləşdirmə prosedurunu həyata keçirməyi, sonra isə sazişi digər ölkələrə uzatmağı planlaşdırırdı.
“Biz nüvə silahından qurtulmağı planlaşdırırdıq. O, çox güclüdür, həddindən artıq çoxdur”, - Ağ Evin keçmiş sahibi yekunlaşdırdı.
Bundan əvvəl Tramp İsraili İranın nüvə obyektlərinə zərbə endirməyə və “sonradan qalan hər şey üçün narahat olmağa” çağırıb.