Baltikyanı ölkələr Rusiya elektrik şəbəkəsindən tarixi keçidə başlayırlar

Bölmə: Dünya › ,
Tarix: 20:45 08.02.2025

Sovet İttifaqını tərk etdikdən sonra 30 ildən artıqdır ki, Estoniya, Latviya və Litva Rusiyanın elektrik şəbəkəsindən ayrılmağa və Aİ şəbəkəsinə qoşulmağa başlayıb.

 

İki günlük proses şənbə günü səhər başlayıb,sakinlərə cihazlarını doldurmağı, yemək və su ehtiyatını toplamaq və sanki sərt hava proqnozlaşdırılırmış kimi hazırlaşmaq tapşırılıb.

 

Bir çoxlarına liftdən istifadə etməmək deyilib-bəzi ərazilərdə işıqforlar sönəcək.

 

Nəhəng, xüsusi hazırlanmış saat, bazar günü Litvanın paytaxtında AB rəhbəri Ursula fon der Leyenin iştirak etdiyi əlamətdar mərasimdə keçiddən əvvəl son saniyələri geri sayacaq.

 

 

Üç ölkə daha sonra İkinci Dünya Müharibəsindən sonrakı illərdən bəri onları Rusiya ilə birləşdirən şəbəkədən rəsmən uzaqlaşacaq.

 

"Yüksək hazırlıq vəziyyətində"

Belarus, Rusiya, Estoniya, Latviya, Litvanı ifadə edən Brell elektrik şəbəkəsi demək olar ki, tamamilə Moskvanın nəzarətindədir və uzun müddətdir ki, hazırda NATO üzvü olan keçmiş sovet respublikaları üçün zəiflik kimi görünür.

 

Onların heç biri 2022-ci ildən bəri Rusiyadan elektrik enerjisi almasa da, onların Brell şəbəkəsinə qoşulması onları enerji axınında Moskvadan asılı vəziyyətə salıb.

 

Şənbə günü səhər əlaqəni kəsdikdən sonra üç ölkə bazar günü Polşa vasitəsilə Avropa şəbəkəsinə inteqrasiya etməzdən əvvəl tezlik testləri keçirəcək.

 

Litvanın energetika naziri Zigimantas Vaiciunas AFP xəbər agentliyinə deyib: "Biz indi Rusiyanın elektrik sistemindən geosiyasi şantaj vasitəsi kimi istifadə etmək imkanını aradan qaldırırıq".

 

Qlazqo Universitetinin Baltik Araşdırmalar Bölməsindən professor Devid Smit BBC-yə deyib: "Bu, enerji asılılığını azaltmaq üçün 10 ildən çox və ya 20 ildən çox davam edən səylərin kulminasiyasıdır".

 

“Baltikyanı ölkələr Aİ və NATO-ya daxil olanda hamı onların hələ də Belarus və Rusiya ilə birgə elektrik şəbəkəsindən asılı olan enerji adası olmasından danışırdı”, - Smit bildirib. "Bu, indi tamamilə pozulub."

 

BBC

Mahmud Əskərli