Qəhvə içmək sizi Parkinson xəstəliyindən qoruya bilər!

Bölmə: Maraqlı › ,
Tarix: 22:35 23.10.2024

13 il ərzində 184 024 insanı izləyən genişmiqyaslı araşdırma göstərdi ki, qəhvə içənlərin parkinson xəstəliyinə tutulma ehtimalı qəhvə içməyənlərə nisbətən daha azdır.

Parkinson xəstəliyindən əziyyət çəkən yüzlərlə insanın sonrakı analizlərində tədqiqat onların qanında kofein metabolitlərinin (paraksantin və teofilin) səviyyəsini ölçdü. Nəticələr bu metabolitlərin mövcudluğu ilə parkinson xəstəliyinin inkişaf riski arasında tərs əlaqəni göstərdi.
Məlum olub ki, qəhvə içənlər arasında parkinson xəstəliyinə tutulma riski ən çox qəhvə içənlərin ilk 25%-də 40% aşağı olub. Üstəlik, siqaret və alkoqol istehlakı kimi faktorlar nəzərə alındıqda belə bu əlaqə qüvvədə qaldı. Kofeinin beyində dopamin axını dəstəkləyərək nöroprotektiv təsir göstərdiyi düşünülür.
Parkinson beynin qara substantia adlanan bölgəsində sinir hüceyrələrinin itməsi nəticəsində dofaminin azalması ilə xarakterizə olunan bir xəstəlik olduğundan, kofein ilə bu xəstəlik arasında əlaqə yaratmaq məntiqli görünür.
Bununla belə, tədqiqatçılar bu əlaqəni birbaşa səbəb-nəticə əlaqəsi kimi nəzərdən keçirmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Mənbə: Evrimagaciofficial.
Nərgiz Orucova