Alimlər okeanları qaynadan ən böyük daşı kəşf ediblər

Bölmə: Maraqlı › ,
Tarix: 23:02 23.10.2024

Alimlər, ilk dəfə 2014-cü ildə kəşf edilən nəhəng bir göy daşının Yer tarixində məlum olan ən böyük sunamiyə səbəb olduğunu və okeanları qaynatdığını aşkar ediblər.

40-60 km enində olan bu göy daşı üç milyard il əvvəl Yerə çırpılıb.

S2 adlanan göy daşının, 66 milyon il əvvəl dinozavrları məhv edən göy daşından 200 dəfə böyük olduğu təxmin edilir.

Cənubi Afrikadakı çarpma bölgəsində tədqiqatlar aparan alimlər, böyük asteroid çarpmalarının Yerdə yalnız dağıntılar yaratmadığını, həm də erkən həyatın inkişafına kömək etdiyinə dair sübutlar tapıblar.

Yeni tədqiqatın baş müəllifi Harvard Universitetindən professor Nadja Drabon, Yer ilk yaranandan sonra kosmosda çoxlu toqquşacaq dağıntı olduğunu xatırladır və “Ancaq indi bu nəhəng toqquşmaların ardından həyatın həqiqətən dayanıqlı olduğunu və əslində daha da inkişaf etdiyini başa düşdük” deyir.


Mənbə: BBC
Mahmud Əskərli