Göz altındakı qara dairələrdən qurtulmağın yolu: 1 dilim belə işıqlandırır, 10 dəqiqə kifayətdir
Bölmə: Maraqlı › ,Tarix: 20:37 25.10.2024
Göz altında qara dairələr yorğunluq, stress, yuxusuzluq və hətta genetik faktorlar kimi bir çox səbəbə görə yarana bilər. Kimyəvi kremlər yerinə evdə rahatlıqla tətbiq edə biləcəyiniz təbii üsullarla göz ətrafını parlaqlaşdırmaq və tünd dairələri açmaq mümkündür. Göz altındakı qara dairələr üçün təsirli təbii həllər təqdim edirik.
Xiyar təbii antiinflamatuar xüsusiyyətləri sayəsində göz altındakı qara dairələrə qarşı ən çox seçilən üsullardan biridir. Soyuq xiyar dilimlərini gözlərinizin üzərinə qoyun və 10-15 dəqiqə gözləyin. Xiyar göz ətrafını sakitləşdirir və göz altındakı qara dairələri yüngülləşdirir. Bundan əlavə, tərkibindəki yüksək su tərkibi dərinizi nəmləndirir. Kartof dəri ağardıcı xüsusiyyətləri ilə tanınan təbii tərkib hissəsidir. Sürtkəcdən keçirilmiş çiy kartofu bezə qoyub, gözlərinizin üzərinə yerləşdirin və 10 dəqiqə gözləyin. Kartof göz altındakı qara dairələri yüngülləşdirə və təbii parıltı verə bilər. Çay paketlərində olan tanin maddəsi göztrafındajı şişkinlik və göylüyü azaltmağa kömək edir. Qara və ya yaşıl çay paketlərini dəmlədikdən sonra onları soyuducuda saxlayın. Sonra soyuq çay paketlərini gözlərinizin üstünə qoyun və 10-15 dəqiqə gözləyin. Gül suyu dəri üzərində sakitləşdirici və canlandırıcı təsiri ilə tanınır. Təbii qızılgül suyuna batırılmış pambığı gözlərinizin altına qoyun və 10 dəqiqə gözləyin. Qızılgül suyu dəri tonunu tarazlayaraq qançırları yüngülləşdirməyə və dərini təravətləndirməyə kömək edir. Badam yağı tərkibindəki E vitamini sayəsində göz ətrafını qidalandırır və dərini yeniləyir. Hər axşam yatmazdan əvvəl bir neçə damcı badam yağı ilə gözlərinizin altına yumşaq bir şəkildə masaj edin. Aleo vera dərini dərindən nəmləndirir və göz altındakı qara dairələrin görünüşünü yüngülləşdirir. Gözlərinizin altına nazik bir təbəqə aloe vera gel tətbiq edin və bir neçə dəqiqə saxlayın. Səhər saatlarında göz ətrafındakı şişkinlikləri və qara dairələri azaltmaq üçün soyuq qaşıq üsulunu sınaya bilərsiniz. Metal qaşıqları soyuducuda bir neçə dəqiqə soyutduqdan sonra gözlərinizin üstünə qoyun. Soyuq qaşıqlar qan dövranını sürətləndirərək göz altındakı şişkinlik və göyərmələri azaltmağa kömək edir.
Mənbə: PembeNar
Çinarə Tarverdiyeva