Tarixin ən yüksək səsi — Krakatau vulkanının püskürməsidir

Bölmə: Maraqlı › ,
Tarix: 23:06 25.10.2024

26 avqust 1883-cü ildə İndoneziyada tarixin ən güclü vulkan püskürmələrindən biri baş verdi. 

 

Krakatau adası sözün əsl mənasında partladı; partlayış o qədər güclü idi ki, 60 kilometr uzaqda olan dənizçilərin qulaq pərdələri partladı və səs-küy təxminən 5 min kilometrə yayıldı. Zərbə dalğası planetin ətrafında 4 dəfə dövrə vuraraq, bütün dünyadakı barometrləri “dəli edib”. Püskürmədən sonra bir neçə il ərzində Yer kürəsində gün batımı qan qırmızısı, ay isə mavi görünürdü.

 

26 avqust 1883-cü ildə bütün dünyada meteoroloji stansiyalar atmosfer təzyiqində artım aşkarladılar. Krakatau püskürməsindən 6 saat sonra barometrlər Kalkuttada anomaliya qeydə alıblar. 12 saat sonra Sankt-Peterburq. Berlində, Vyanada, Parisdə və Romada təxminən eyni vaxtda,18 saatdan sonra Amerikada artım müşahidə olundu. Və bu bir neçə dəfə baş verdi. Krakataunın yaratdığı səs (daha doğrusu, infrasəs) Yer ətrafında dörd dəfə dövrə vurdu. Bu dalğa hər dəfə təxminən 34 saat sürürdü.Fenomen "Böyük Hava Dalğası" adlandırıldı. Planetin bəzi şəhərlərində 7-yə qədər gurultu səsi qeydə alınıb: bu yerlərə müxtəlif tərəfdən çarpaz zərbə dəyib. 

 

Mənbə: CNN

Nərgiz Orucova