"Azərbaycan Respublikasının Əməkdar Jurnalist"lərindən biri

Tarix: 13:18 20.07.2015
22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
O vaxtdan ötən 140 ildə Azərbaycan mətbuatı daim cəmiyyətdəki proseslərə baxışı əks etdirən güzgü rolunu oynayıb.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bu yolda həyatını jurnalistikaya həsr edən məşhur jurnalistlərimizdən birini təqdim edirik.
Rafiq Abdulla oğlu Ələkbərov 17 may 1939-cu il tarixdə Qəbələ rayonunun Kürd kəndində ziyalı ailəsində anadan olmuşdur. Qəbələşəhərortaməktəbindəəlaqiymətlərləoxumuş, 1963-cüildəisəAzərbaycanDövlətUniversitetininjurnalistikafakültəsinibitirmişdir.
R.Ələkbərov əmək fəaliyyətinə 1956-cı ildən başlayaraq, Qəbələ rayon qəzetində ədəbi işçi, 1963-1965-ci illərdə «Sovet kəndi» qəzeti redaksiyasında korrektor, ədəbi işçi, xüsusi müxbir, məsul katib və şöbə müdiri vəzifəsinə qədər pillə-pillə qalxmışdır.
Fərqləndirici keyfiyyətlərinə görə o, 1977-1979-cu illərdə Moskva şəhərinə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında dinləyici kimi kurslarda iştirak etmək üçün göndərilmişdir.
Bakıya qayıtdıqdan dərhal sonra ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı kimi işə qəbul edilir, 1979-1986-cı illərdə həmin vəzifədə çalışmışdır. HeydərƏliyevin «RafiqƏləkbərov, MərkəziKomitəyəişəgirməkçətin, işdənçıxmaqisəçoxasandır!» sözlərihəmişəlikonunyaddaşındansilinməmişdir.
1986-1992-ciillərarasındao, MərkəziKomitəninorqanıolan «Təşviqatçı» sonradan «Dialoq» adlananjurnaldabaşredaktorvəzifəsindəişləmib,1989 ildə jurnalist fəaliyyətində əldə olunmuş uğulara və jurnalistikanın inkişafına verdiyi mütəmadi töhfələrə görə “Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” Fəxri adı verilmib.
1992-2000-ci illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində başçının köməkçisi, Ərazi ilə iş şöbəsinin müdiri vəzifəsində, Azərbaycan Respublikası Vergilər nazirliyinin kadr siyasəti və hazırlığı idarəsində baş mütəxəssis vəzifəsində işləyib.
Rafiq müəllim 2001-ci ilin iyun ayın 21-də vəfat edib. Qəbələ rayon tarix-diyarşünaslıq muzeyində Rafiq müəllimin sənədləri, fərmanları və əmək fəaliyyətinə aid şəxsi əşyalardan ibarət güşə yaradılıb.