Prezident mətbuat nümayəndələrini “Əməkdar Jurnalist” adı ilə təltif etdi
Bölmə: MEDİA › ,Tarix: 23:08 20.07.2015
Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyamin qızı jurnalistikanın inkişaf tarixindən bəhs edən bir neçə kitabın müəllifidir. Bu kitablar jurnalistika ilə maraqlanan hər kəs üçün əhəmiyyətli hesab olunur. Qərənfil xanımın Azərbaycan mətbuat tarixinin inkişaf yoluna həsr edilən yazıları daim oxucuları və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi tələbələri üçün maraqlıdır. Mətbuatın Azərbaycan cəmiyyətindəki rolu haqqında yazılar yazan, Cümhuriyyət dövrünün yorulmaz araşdırıcısı Qərənfil xanım həm də "Kaspi" qəzetinin əməkdaşıdır. O, klassik jurnalistika ənənələri ilə müasirliyin qovuşduran bir jurnalist, tədqiqatçı və arxiv materialları əsasında yazan bir yazardır. Biz də İnformator Az. saytı olaraq Qərənfil Dünyamin qızı Quliyevanı Prezident İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" adı alması münasibəti ilə təbrik edirik.