Göz rənginin dəyişdirilməsi əməliyyatına maraq artır

Bölmə: Sosial › ,
Tarix: 20:55 18.11.2024

Son illərdə dünyada rənginin dəyişdirilməsi əməliyyatlarına maraq artıb. Bu prosedurun təfərrüatları barədə məlumat verən Prof. Dr. Mahmut Kaşkaloğlu bildirib ki, gözün rəngini əslində iris təbəqəsi müəyyən edir. Lakin bu əməliyyatda iris təbəqəsinin rəngi dəyişdirilmir. Bunun əvəzinə, gözün ön şəffaf qatı olan buynuz qişa rənglənir. Nəticədə, sosial məsafədən baxıldıqda göz rəngi istənilən rəngdə görünə bilər.

 

Əməliyyat FLAAK texnikası ilə həyata keçirilir və estetik məqsəd daşıyır. Prosedur zamanı lazer vasitəsilə buynuz qişada kanal açılır və həmin kanala xüsusi piqmentlər yerləşdirilir. Təcrübəli mütəxəssislər tərəfindən icra olunan bu əməliyyat təxminən 15-20 dəqiqə çəkir və daimi nəticə verir. Buna görə də əməliyyata qərar vermədən əvvəl insanlar yaxşı düşünməlidirlər.

 

Göz rənginin dəyişdirilməsi əməliyyatları xüsusilə Fransa, İtaliya və İspaniyada geniş yayılıb.

 

 

Statistikaya görə, dünya əhalisinin 10-12 faizinin gözləri mavi, 70-80 faizinin qəhvəyi, 2 faizinin yaşıl, qalanlarının isə müxtəlif çalarlardadır. Göz rəngi birbaşa dəri rəngi ilə əlaqəlidir. Genetik faktorlara görə, açıq dərili insanların göz rəngi tünd, tünd dərili insanların isə açıq rəngli gözlərə sahib olması mümkündür. 

 

Asiya Zeynallı

Mənbə: Pembe Nar