Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalında bir iş günü-Fotolent

Tarix: 18:51 01.08.2015
TTV 24 saat ərzində izləyiçilərə 47 xəbər buraxılışı, həmçinin analitik-informasiya və maarifləndirici proqramlar təqdim edir. Bununla da tamaşaçı ilk dəfə olaraq gün ərzində istədiyi xəbəri, istədiyi vaxt əldə etmək imkanı qazanıb.
Informator xəbər verir ki, "Türkel TV" MMC - Müstəqil Televiziya Şirkəti 1 iyun 2010-ildən fəaliyyətə başlayıb. Həm "Region TV" Televiziyalar Şirkətinin xəbər mərkəzi, həm də "Region TV"-də yayımlanan "Bu Gün" xəbərlər informasiya proqramını təqdim edir. TTV fəaliyyətə başlayanda Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran, Aran Qarabağ inzibati regionlarını, həmçinin Gürcüstan və Ermənistanın bir çox ərazilərini əhatə edib. Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalı "Türkel" Televiziyası (TTV) 2015-ci ilin aprelin 20-dən Azerspace peyki vasitəsi ilə (Azərkosmosda: 110 25, VERTİCAL 12 690 5/6 tezliyində) dünyaya yayımlanır.
Kanalın bir günlük iş prosesindən olan fotosessiyanı sizə təqdim edirik.