"Ermənistan daxilindəki siyasi böhranı dayandıra bilmir"

Bölmə: Siyasət › ,
Tarix: 22:39 06.12.2024

İran bildirib ki, Suriyada yaranan böhrana görə oraya Ermənistandan əsgər göndərmək istəyir. Bunun üçün İran və Ermənistan tərəflərinin danışıqlar apardığı bildirilib. 

 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Ermənistan əsgərləri Ermənistan daxilindəki siyasi böhranı dayandıra bilmir:

 

"Mən düşünmürəm ki, Ermənistan Suriyaya ciddi bir saydan ibarət hərbi kontingent göndərsin. İlk olaraq ona görə ki, təzəlikcə Hələbin müxalif qrupların əlinə keçməsindən sonra Ermənistan orada ki kiçik kontingentini geri çəkməli olmuşdu, həm də Ermənistanın elə bir hərbi imkanları və qüvvəsi yoxdur ki, Suriyaya böyük həcmli bir ordu göndərsin. Ermənistanın özündə də ciddi kadr çatışmazlığı var ki, bununla bağlı Erməni rəsmiləri dəfələrlə bəyanat səsləndiriblər. Ermənistan ordusu İkinci Qarabağ müharibəsindən sonra aldığı məğlubiyyət nəticəsində hələdə öz gücünü bərpa edə bilməyib və indiki halda düşünürəm ki, erməni xalqı da Ermənistan əsgərlərinə başqa bir dövlətdə döyüşmələrinə icazə verərlər. Bu baxımdan Paşinyanın belə bir risk edəcəyinə inanmıram. Kiçik bir kontingent ola bilər, amma böyük həcmli ordunun göndərilməsi məsələsi mənə görə real deyil. O ki qaldı, Suriyadaki siyasi böhranın dayanması məsələsinə, heç Ermənistan əsgərləri Ermənistanın daxilindəki siyasi böhranı dayandıra bilmir. Ermənistanın daxilində nə zamandır ki, siyasi böhran hökm sürməkdədir. Ermənistan ordusu İkinci Qarabağ müharibəsindən sonra paramparça vəziyyətdədir. Kadr çatışmazlığı var. Bunları nəzərə alsaq, Ermənistanın Suriyaya əsgər göndərəcəyi real görünmür".

 

Günel Verdiyeva