Tramp ABŞ Konstitusiyasındakı həmin maddəni dəyişmək istəyir

Tarix: 20:31 08.12.2024
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkə Konstitusiyasının 14-cü maddəsində yer alan anadangəlmə vətəndaşlıq hüququnun ləğv edilməsini istəyir.
"İnformator.az" xəbər verir ki, o bu barədə “NBC News”a müsahibəsində bildirib.
Tramp sağçıları “gülünc” adlandıraraq, “Biz buna son qoymalıyıq” deyib.
Beləliklə, 47-ci prezident ABŞ-də vətəndaşlığı olmayan, lakin bu ölkədə uşaq dünyaya gətirən valideynlərin övladlarının vətəndaşlıq hüququndan məhrum etmək istəyir.