"İsrailin Suriya donanmasını məhv etməsi yeni bir müharibəyə çağırış kimi səslənir"

Bölmə: Siyasət › ,
Tarix: 21:58 11.12.2024

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hadisələrin gedişatı yeni bir müharibə ocaqlarının baş verməsini göstərə bilər:

"İsrail Suriya donanmasını vurmaqla ona qarşı olan təhdidlərin qarşısını almağa çalışır. Amma yeni Suriya hökuməti açıqlamasında İsraillə hansısa bir problemlərinin olmadığını bildirmişdi. Təbii ki, belə olduğu halda İsrailin 1974-cü ildə imzalanmış anlaşmanı pozması da doğru bir addım deyil. Belə ki, Suriyanın əsas himayədarı Türkiyənin İsrailə qarşı sərt reaksiya verməsi də gözlənilən idi".

 

Politoloq Suriyada hansısa bir toqquşmanın baş verməsidə İsrail və Türkiyəni qarşı-qarşıya gətirə biləcəyini də qeyd edib:

 

"Təbii ki, Suriyada yeni bir gərginlik yaranan zaman Türkiyə də müxtəlif addımlar atmış olar. Məhz bu gərginliyi İsrail həyata keçirsə, iki dövlət arasındakı olan vəziyyət daha cığırından çıxmış olacaqdır. Bu da öz növbəsində regional təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Təbii ki, belə halların baş verməməsi, yeni müharibənin başlamaması üçün sülh və əmamanlıq içində yaşamaq lazımdır".

Mayıl Soltanov