Ermənistanda neonasizmin yüksəlişi- Cəmiyyətə və regiona təhdidlər

Bölmə: Siyasət › ,
Tarix: 18:53 13.12.2024

Ermənistanda neonasist təşkilatların fəaliyyəti, bu meyillərin tarixi kökləri və hazırkı sosial-siyasi təsirləri haqqında politoloq Xəyal Bəşirov "İnformator.az"a açıqlama verib.

 

Onun sözlərinə görə, Ermənistanda neonasizm təkcə qonşu ölkələrə deyil, ilk növbədə ölkənin özünə ciddi problemlər yaradır:

“Ermənistan əslində bu xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkir. Bir dövlətin həm qanunvericiliyi, həm cəmiyyətin mövqeyi, həm hakimiyyətdə olan şəxslərin yürütdükləri siyasətin mahiyyəti neonasizm meyillərinə xidmət edir. Təbii ki, Ermənistan cəmiyyətinin hazırkı vəziyyətə düşməsinə gətirib çıxaran əsas amillərdən biridir. Bu gün Ermənistanda neonasist təşkilatlarının təşəkkül tapması təsadüfi birşey deyil. Çünki Azərbaycanla müharibədə məğlubiyyətə uğrayan və uzun illər ərzində Ermənistan cəmiyyətinin, insanlarının beyninə süni şəkildə daxil edilməsinə çalışılan məqamlar böyük Ermənistan, dənizdən- dənizə Ermənistan ideyası və ümumiyyətlə dəniz xəstəliyi bu meyillərə situmul verir. Yəni neonasizm bu gün Cənubi Qafqaz regionunda təkcə Azərbaycana deyil elə Ermənistanın özünə və qonşu ölkələrə yalnız mənfi təsir göstərəcək amildir. Nasisizm düşüncəsi Ermənistanda hətta Almaniyada faşizmin yaranmasından öncə mövcud olub”.

 

Politoloq bildirib ki, Ermənistanda nemezis planı olub:

 

“Nemezis yunan intiqam ilahəsinin Nemezidanın adından götürülüb. Yəni qisasçılıq məqsədi daşıyan bir plan olub. O plana görə, 1918-1920 ci illərdə AXC- yə rəhbərlik edən şəxslərin o cümlədən o zamanlar Bakı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycana dəstək göstərmək üçün xalqın yanında olan Türkiyədən olan generallar, digər yüksək vəzifəli şəxslərdən qisas alması ilə bağlı plan olub. Yəni bu nasisizm siyasəti Ermənistanda bu günün məsələsi deyil. Amma artıq yeni bir mərhələyə qədəm qoyub. Buna görə də, neonasizm adlanır”.

 

Ermənistan cəmiyyətində hansı sosial və siyasi nəticələrə səbəb ola bilər ?

 

“Bunun cavabını artıq İkinci Qarabağ müharibəsi və onun nəticələri ortaya qoydu. Ermənistan cəmiyyətinə bunun heç bir müsbət xeyiri olmayacaq. Ermənistan tərəfi 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla, Azərbaycana düşmənçilik siyasəti yetirməklə və Ermənistanda monoetnik dövlət yaratmaqla bunun ən böyük zərbəsini özünə vurdu. Bu gün Ermənistan dünyada nadir dövlətlərdən biridir ki, monoetnik bir dövlətdir. Azərbaycanlıların orada kütləvi şəkildə yaşamasına rəğmən faktiki olaraq ora Azərbaycan torpaqları olub və 19 əsr Azərbaycan, İrəvan xəritəsinə diqqət yetirsək görərik ki, bütün məhəllələrdə demək olar ki, məscidlər var. Amma bu gün biz Ermənistan da nəinki İrəvanda ümumiyyətlə Ermənistanda bir məscidin belə mövcud olduğunu görmürük. İrəvanda Təpəbaşı məscidi saxlanılır ki , ona da fars məscidi görüntüsü verilib. Bu Azərbaycana münasibətdə atılan addımdır. Ən böyük zərbəni neonasizm Ermənistanın özünə vurur”.

 

Xanım Ağamalıyeva