İlham Əliyev, Suriyadakı humanitar problemlərin həllinə dəstək verməyə hazır olduqlarını bildirib

Bölmə: Siyasət › ,
Tarix: 18:17 16.12.2024

Azərbaycan Prezidentliyindən verilən məlumata görə, Əliyev Vatikanın Xarici İşlər Naziri Monsenyor Paul Riçard Qallageri qəbul edib. Görüş zamanı Qallager, Papa II İohan Pavelin şərəfinə Bakıda inşa ediləcək Katolik kilsəsinin ərazisini xeyir-dua vermək üçün ölkəyə gəldiyini və bu əraziyə görə təşəkkürünü ifadə edib.

 

Görüşdə, Azərbaycanın müxtəlif dinlərə mənsub insanların dostluq və sülh içində yaşadığı bir ölkə olduğu vurğulanıb. Orta Şərqdəki vəziyyət müzakirə edilərkən İlham Əliyev qeyd edib ki, Bəşər Əsəd rejimi süqut etdikdən sonra, qardaş Türkiyə ilə məsləhətləşərək, Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllində dəstək olmağa hazırdırlar.

 

Mənbə: Hurriyet
Ləman Ağayeva