İngiltərə və ABŞ, “terror təşkilatı” siyahısında yer alan Heyət Təhrir əş-Şam ilə necə əlaqə qurur ?
Bölmə: Siyasət › ,Tarix: 18:28 16.12.2024
İngiltərənin Xarici İşlər Naziri David Lammy bildirib ki, İngiltərə hökuməti Suriyada Əsəd rejimini devirmiş Heyət Təhrir əş-Şam (HTŞ) adlı müxalif qrupla diplomatik əlaqədədir. Lammy-nin sözlərinə görə, HTŞ hələ də terror təşkilatı kimi siyahıya alınıb, lakin İngiltərə lazım gəldikdə bu qrupla əlaqə qurmağı mümkün hesab edir.
ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü ABŞ-ın HTŞ ilə birbaşa əlaqədə olduğunu təsdiqləyib. Bu, ABŞ-ın HTŞ ilə birbaşa təmasda olduğunu rəsmi şəkildə etiraf etdiyi ilk açıqlama kimi qeydə alınıb.
Bu açıqlamalar, bir çox ölkə tərəfindən terror təşkilatı olaraq tanınan HTŞ ilə gələcəkdə diplomatik və siyasi əlaqələrin necə inkişaf etdiriləcəyi barədə müzakirələrə səbəb olub.
Mənbə: BBC
Ləman Ağayeva