"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:11 18.12.2024

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.

 

 

Bu barədə politoloq Oqtay Qasımov “informator.az” a müsahibəsində bildirib ki, Hikmət Hacıyevin Ukrayna səfiri ilə görüşü xüsusi və təəccübləndirici görüş deyil:

 

“Azərbaycanla Ukrayna arasında münasibətlərin hansı səviyyədə olduğunu hamı yaxşı bilir. Nəzərə alsaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Prezidenti Ukraynaya səfər etdi. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında anlaşmalar imzalanıb. Azərbaycan-Ukrayna münasibətləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasındadır. Savaş başlayandan bu günə qədər Azərbaycan Ukraynaya ciddi həcmlərdə humanitar yardımlar edib. Ukrayna bunu hər zaman minnətdarlıqla qeyd edir. Ukrayna Prezidenti Zelenski də özünün bir çox çıxışlarında Azərbaycanın Ukraynaya dəstəyini xüsusi qeyd edib”. 

 

Politoloqun sözlərinə görə, iki ölkə arasında müzakirə olunacaq yetəri qədər mövzular var:

 

“O mövzular həm bu gün müharibə ilə bağlı olan, həm də savaş sonrası iki ölkə arasında münasibətlərin prespektivliyi ilə bağlı müzakirə olunan məsələlərdir. Çünki Ukrayna, doğurdan da, iqtisadi və texneloji potensialı yüksək olan bir ölkədir. Həmçinin Azərbaycan-Ukrayna münasibətləri həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli bir məsələdir. Ukrayna bu məsələdə ciddi bir tərəfdaş hesab olunub. Müzakirə olunan məsələlərin içərisində Rusiya-Ukrayna savaşının gedişi, gözlənilən danışıqlar, digər məsələlərdə müzakirə edilib. Hikmət Hacıyev Ukrayna media qurumlarında və bir çox ictimai, siyasi xadimlər müxtəlif dövrlərdə Azərbaycana qarşı əsassız olaraq səsləndirilən fikirlərlə bağlı da öz düşüncələrini çatdırıb. Azərbaycan-Ukrayna münasibətlərinin prespektivliyi bundan sonrakı dönəmdə də, savaş bitəndən sonra da inkişaf edəcək. Yəni müstəqillik qazanan hər iki dövlətin ötən 35 ilə yaxın bir dövrdən münasibətləri kifayət qədər yaxın olub. Bu münasibətlər inkişaf edən istiqamətdə olub. Hazırda strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Müharibə bitəndən sonra da ,bu əlaqələrin inkişafına müsbət təsir edəcək və savaş öncəsi başladılan işlər, məsələlər öz həllini tapacaq”. 

 

Kəmalə Vəliyeva