Suriyada istifadə olunan bayraq ölkənin gələcəyi ilə bağlı hansı mesajı verir?

Bölmə: Siyasət › ,
Tarix: 13:45 19.12.2024

Bəşirin arxasında iki bayraq var idi: ortasında üç qırmızı ulduz olan yaşıl, ağ və qara rənglərdən ibarət Suriya "inqilab bayrağı" və üzərində qara rəngdə "kəlmeyi-şəhadət" yazılmış ağ bayraq.

 

Suriyanın bəzi bölgələrinə nəzarət edən Heyət Təhrir əş-Şamın (HTŞ)  rəsmi olaraq istifadə edtdiyi bu ikinci bayraq, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsindən sonra qəbul etdiyi bayrağa bənzəyir.

 

Ancaq bu ağ bayrağın ortaya çıxması suriyalılar arasında ölkənin siyasi gələcəyi ilə bağlı verdiyi mesaj haqqında müzakirələrə səbəb olub.

 

Əfqanıstandakı Taliban 1996-cı ildə ilk dəfə hakimiyyətə gəldiyi vaxtdan bəri üzərində qara rəngdə "kəlmeyi-şəhadət" yazılmış ağ bayraqdan istifadə edir.

 

HTŞ də uzun müddətdir eyni bayraqdan istifadə edir və bu bayraq İdlibdə fəaliyyət göstərən qurumlarda görünür.

 

Eyni bayraq keçən həftə CNN-ə verdiyi müsahibə zamanı Culani'nin arxasında da "inqilab bayrağı" ilə birlikdə göründü. Müsahibə zamanı insanların İslam idarəetmə sistemindən qorxmamalı olduqlarını söylədi və Suriya cəmiyyətindəki müxtəlif məzhəblərin təmsil olunacağına zəmanət verdi.

 

Lakin əl-Təmimi əlavə edib ki, HTŞ-nin Talibanla eyni idarəetmə modelini tətbiq etməsi çox çətin olacaq, çünki Suriya cəmiyyətinin böyük bir hissəsi qız uşaqlarının ali təhsildən məhrum edilməsi və ya seçkiləri qadağan edən avtoritar bir hökumətin qurulması kimi məhdudiyyətləri qəbul etməyəcək.

 

Mənbə: Bbc news 

Aygün Babayeva