Son günlər ölkə ərazisində yayılan kütləvi xəstəlik nədir?
Bölmə: Sosial › ,Tarix: 18:34 17.01.2025
Son günlər əhali arasında baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb.
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, təbii ki, payız-qış aylarında xəstəliklər artır:
" Amma indi xəstəliyin yeni bir növü - metapnevmavirus, yəni qripə bənzər tənəffüs yolları xəstəliyi ortaya çıxıb. Bu xəstəliyə ilk dəfə 2001-ci ildə rast gəlinmişdi. Amma son günlər dünyada yenidən yayılmağa başlayıb. Verilən məlumata görə, Çində təqribən 10-14 yaşlı uşaqlar arasında bu xəstəlik daha sürətlə yayılır. Bu xəstəliyin əlamətlərinə burun axması, asqırma, öskürək, yüngül qızdırma, ağciyər xəstəliklərindən olan bronxit, pnevmoniya və nəfəsalmanın çətinləşməsi kimi hallar daxildir. Xəstəlik havadan damcılar vasitəsilə yayılır. Ona görə də, insanlar çalışmalıdırlar ki, soyuq aylarda, xüsusən insanların çox olduğu yerlərdə maskalardan istifadə etsinlər, sanitar-gigiyenik qaydalara əməl etsinlər. Bundan başqa, immun sistemini gücləndirmək də vacibdir".
Mehriban Nəsibova