ABŞ Ankaranın 4 tələbin həyata keçirəcəkmi ?-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:37 21.01.2025
Türkiyə ABŞ-dən Suriyada PKK-ya dəstəyin dayandırılmasını tələb edir. Bu barədə Türkiyə qəzeti məlumat yayıb. Ankara Donald Trampa 4 təcili tələb irəli sürüb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az” a açıqlamasında bildirib ki, ABŞ ilə Türkiyə arasında əsas problemlərdən biri Amerikanın PKK terror təşkilatına dəstəyidir:
“Bu məsələ uzun müddətdir ki, iki ölkə arasında problem yaratmaqdadır. 2012-ci ildən ABŞ-nin ordusu Suriyada yerləşəndən sonra burada PKK terror təşkilatını dəstəkləməyə və 70 minlik PKK ordusu yaratmaqla bağlı proses həyata keçirir. ABŞ Obama dövründən başlayaraq, Tramp , Bayden dönəmində də bu terror təşkilatına 17 milyard dollardan artıq dəstək verərək, on minlərlə tır, silah-sursat, hərbi texnikanı bu terror təşkilatına həddi edib. Həmin terror təşkilatının qruplaşma üzvləridə Amerika hərbiçiləri təlim keçir. Bu ,Türkiyə ilə Amerika arasında ciddi mövzudur. 2015, 2016, 2019-cu illərdə Türkiyənin Suriya ərazisində keçirdiyi “Antiterror əməliyyatlarına” əsas mane olan ölkələrdən biri ABŞ-dir. Buna görə Amerika 2019-cu ildə Türkiyəyə qarşı sanksiya tətbiq edib ki, bu sanksiyaları da keçmiş prezident Bayden ləğv etdi”.
Politoloq Trampın dönəmində ABŞ-Türkiyə münasibətlərinin necə olacağından da danışıb:
“Ankaranın irəli sürdüyü tələblər arasında ilk növbədə Suriyadakı PKK terror təşkilatına dəstəyin dayandırılması və onların Suriya ərazisindən çıxarılması məsələsidir. Trampın birinci prezidentlik dönəmi Amerika Türkiyə münasibətlərində ən gərgin dönəmlərindən olacaq. Məhz Trampın dövründə Türkiyə “F-35” təyyarələri layihəsindən çıxarıldı. Türkiyəyə qarşı sanksiyalar tətbiq olundu. Bunların nəticəcəsində iki ölkə arasında gərginliklər yaşandı. Tramp ikinci prezidentlik dönəmində daha təmkinli olacaq. Amma rəsmi Vaşinqtonun siyasətinə ciddi təsir edən amillərdən biri mərkəzi komandanlığın qərarları təsir edir. Mərkəzi komandanlıq ABŞ ordusunun Suriyadan çıxarılmasını istəmir. PKK-ya dəstəyin davam etdirilməsini vacib hesab edir. Bu da iki ölkə arasında problemlər yaradacaq. Ankaranın bu tələbləri həyata keçməsə, ölkələr arasında olan soyuq münasibətlər davam edəcək. Bu da heç bir tərəfin maraqlarına uyğun deyil.
ABŞ əgər rasional düşünürsə, Türkiyənin artan rolunu nəzərə almaqla Türiyənin bir çox istəklərini qəbul etməlidir. ABŞ PKK-ya dəstəyi dayandırmalıdır. Türkiyənin “F-35” proqramına geri dönüşünü təmin etməlidir. Məhz Türkiyə bu səbəbdən özünün “milli uçaq” layihəsini həyata keçirməkdədir. Türkiyə 2028-ci ilədək özünün 5-ci nəsil təyyarələrini istehsal edərək, ordunun arsenalını verəcək.
Amerika və Türkiyə arasında müzakirə olunacaq məsələlərdən biri də Cənubi Qafqaz məsələsidir. Bu məsələ son illər iki tərəf arasında müzakirə edilib. Ötən ilin mart ayında Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla Amerikanın keçmiş dövlət katibi Blinken arasında keçirilən görüşdə əldə olunan razılaşmaya görə hər iki tərəf Yaxın, Orta Şərq , Cənubi Qafqaz və Orta Asiyada öz siyasətlərini kordinasiya edəcəklər”.
Kəmalə Vəliyeva