Qlobal müharibə və münaqişələr ən çox kimə xeyir verdi?

Bölmə: Dünya › ,
Tarix: 21:30 25.01.2025

ABŞ Dövlət Departamenti 2024-cü maliyyə ilində xarici hökumətlərə hərbi texnika satışının 29 faiz artaraq 318,7 milyard dollara çatdığını açıqlayıb. Artımın səbəbləri arasında qlobal tələbatın artması və geosiyasi gərginliklərin təsiri göstərilir.

 

ABŞ Dövlət Departamenti 2024-cü ildə xarici hökumətlərə hərbi texnika satışının 29 faiz artaraq 318,7 milyard dollarla rekord səviyyəyə çatdığını açıqlayıb.

 

ABŞ-nin BİRBAŞA VƏ DOLAYI SİLAH İXRACI ARTIR

 

Xarici hökumətlərin ABŞ-dən silah alması üçün iki yol var. Birincisi, Amerika müdafiə şirkətləri ilə birbaşa ticarət satış danışıqları aparmaqdır. İkincisi isə ABŞ hökuməti vasitəsilə həyata keçirilən hərbi texnika satışıdır. ABŞ şirkətlərinin birbaşa hərbi satışları 2023-cü ildəki 157,5 milyard dollardan 200,8 milyard dollara yüksəlmişkən, ABŞ hökuməti vasitəsilə həyata keçirilən satışlar bir əvvəlki ildəki 80,9 milyard dollardan 117,9 milyard dollara çatıb.

 

ƏHƏMİYYƏTLİ SATIŞLAR ARASINDA TÜRKİYƏ DƏ VAR

 

2024-cü ildə təsdiqlənmiş satışlar arasında Türkiyəyə 23 milyard dollar dəyərində F-16 təyyarələri və modernizasiya dəstləri, İsrailə 18,8 milyard dollar dəyərində F-15 döyüş təyyarələri, Rumıniyaya isə 2,5 milyard dollar dəyərində M1A2 Abrams tankları daxildir.

 

Mənbə: haberler.com

Aygün Babayeva