Hər səhər qidalanma dəriyə müsbət təsir edir
Bölmə: Maraqlı › ,Tarix: 14:52 30.01.2025
Egzema bu gün bir çox insanın əziyyət çəkdiyi, dəridə qaşınma, qızartı və iltihaba səbəb olan xroniki dermatit növüdür. Bu pozğunluq insanın həyat keyfiyyətinə mənfi təsir göstərərək gündəlik həyatda müxtəlif problemlərə və narahatedici vəziyyətlərə səbəb ola bilər.
Egzemanın müalicəsi üçün müxtəlif topikal kremlər və dərmanlar istifadə edilsə də, qidalanma vərdişləri və tez-tez istehlak edilən qidalar da ekzemanın idarə edilməsində və müalicəsində mühüm rol oynayır. Bəs ekzemaya yaxşı təsir edən və onun yaratdığı simptomları aradan qaldıran qidalar hansılardır?
Mütəxəssislər həmişə nə deyirlər, səhər yeməyi günün ən vacib yeməklərindən biridir. Bunun səbəbi bədəni günə hazırlayan yemək olmasıdır. Xüsusilə dəri sağlamlığı kimi həssas mövzularda düzgün və sağlam səhər yeməyi ilə böyük fərq yarada bilərsiniz. Çünki egzema kimi dəri xəstəlikləri immunitet sistemi və bədəndəki iltihab səviyyələri ilə sıx bağlıdır. Bu o deməkdir ki, səhər yeməyinə xüsusi diqqət yetirmək lazımdır.
Omeqa-3 yağ turşuları bütün bədəndə iltihabı azaldan təsirə malikdir, bu da egzema simptomlarını aradan qaldıra bilir. Səhər yeməyində omeqa-3 ilə zəngin qidaların seçilməsi dərinizin təbii baryerini gücləndirə və qıcıqlanmanı azalda bilər. Məsələn, bir dilim tam taxıl çörəyinin üzərinə yayılmış bir ovuc qoz və ya kətan pastası günə sağlam, gözəl başlanğıc verəcək. Bundan əlavə, qızılbalıq, skumbriya və sardina kimi balıqlar da omeqa-3 ilə zəngindir. Səhər yeməyində hisə verilmiş qızılbalıq və ya balıq olan omlet və ya salatlar istehlak edə bilərsiniz.
Mənbə: pembe nar
Nigar Səmədli