Qızdırmanı dərhal salmaq düzgündürmü?

Bölmə: Sosial › ,
Tarix: 14:34 31.01.2025

Bir çoxları qızdırmanın ilk əlamətlərində, 37 dərəcəni keçən kimi temperaturu salmağa vərdiş edib. 

 

Bəs qızdırmanı dərhal salmaq nə qədər düzgündür? 

 

Məsələ ilə bağlı həkim Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, çoxsaylı infeksiyalar, hansı ki, yuxarı tənəffüs yollarında problem, burun tutulması, asqırma, öskürmə, halsızlıq, başağrısı, baş gicəllənmə və bunun kimi xəstəliklər immuniteti zəiflədən xəstəliklərdir:

 

"Bu zaman ilk yataq şəraitinə keçmək, bol maye qəbul etmək çox vacibdir. Bol maye ona görə qəbul olunur ki, bu xəstəliklər zamanı bədən çox maye itirir. Qızdırma 37-38 dərəcə arasındadırsa, bir müddət özünün düşməyin gözləmək lazımdır.".

 

Həkimin sözlərində qeyd edib ki , qızdırma qalxan zaman dərhal onu saldırmağa çalışmaq lazım deyil: 

 

"Qızdırma əgər, qalxmağa meyllənirsə, 37 və daha yüksək olursa bu zaman situasiyaya uyğun davranmaq olar. Həkim məsləhəti çox önəmlidir. Qətiyyən özbaşına qızdırmanı salmağa çalışmaq olmaz. Qızdırmaya müdaxilə reaksiyalara səbəb ola bilər. Bu, bədənin xəstəliklə vuruşmasının xarici əlamətləridir. Ona görə də, biz orqanizmin müdafiəsinə güc verməliyik".

 

Nigar Səmədli