Serialların psixoloji təsiri

Bölmə: Sosial › ,
Tarix: 20:52 04.02.2025

Günümüzdə serialların cəmiyyətə psixoloji təsiri böyükdür.

 

 Bu mövzu ilə bağlı psixoloq Ezgi Şahin "informator.az"a açıqlamasında bildirib ki, serialların insan yaşamında, əsasən də gənclər üzərində reaksiyası çoxdur:

 

"Çünki gənclər artıq orda olan bir çox hadisəni öz həyatlarına tətbiq edirlər, davranış olaraq gerçəkləşdirirlər və beləliklə, əslində xəyali bir şeyi öz həyatlarına yansıdırlar. Orada qəbul edilməyəcək kimi görünən hər şeyi biz öz həyatımızda onlar vasitəsilə tətbiq etməyə başlayırıq".

 

Həmçinin psixoloq bildirib ki, serial izləmək emosional olaraq gərginliyə gətirib çıxarır:

 

" Çünki artıq vurdu, qırdı, kimsə kimisə qapıdan atdı, təcavüz etdi, xəyanət etdi, ayrıldı və bu kimi hadisələri seriallarda o qədər göstərirlər ki, gənclər artıq bu kimi şeyləri istər-istəməz normallaşdırmağa başlayırlar. Və belə bir versiyada biz hər dəfə o vurdu-qırdını izlədikcə öz həyatımıza yansıdırıq və daha çox izlədikcə biz də gərginləşirik. Emosional səviyyəmizdə dəyişiklər ortaya çıxa bilir. Serial izləyərkən sosial əlaqələr belə dəyişə bilər ki, insanlar artıq əvvəlkinə nəzərən daha çox özlərinə qapanma, evdə vaxt keçirtmə, telefondan və ya televizordan istifadə etmə kimi göstərişlər edir. Bundan başqa, seriallarda olan bir çox hadisəni insan öz yaşamına istər-istəməz tətbiq edir, bu da ailə vəziyyətinin gərginliyə və ya emosional olaraq öz sferasında gərginliyə gətirib çıxara bilir".

 

Nigar Həsənzadə