Məhəmməd Əmin Rəsulzadə və Türk Kültürü

Bölmə: Sosial › ,
Tarix: 21:39 31.01.2025

Müstəqillik mübarizəsinin liderlərindən biri olan Məhəmmməd Əmin Rəsulzadə siyasi xadimliklə yanaşı, Türk kültürünün formalaşmasında mədəniyyət simvoluna çevrilib.

Rəsulzadə milli mədəniyyətin və kimliyin qorunması, türkçülüyün dünyaya yayılması kimi məsələlərə daim ciddi yanaşıb. Türk dünyasının miraslarını gələcək nəsillərə sağlam şəkildə ötürməyi özünə borc bilən Rəsulzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra məqsədlərindən biri dövlətin Türk köklərini qoruyub saxlamaq idi. O, bunun dövlətçilik məsələsi kim deyil, millətinin mədəni varlığı üçün mühüm hesab edirdi. Həyat və fəaliyyəti dövründə Azərbaycan dilinin qorunmasını, türkçülüyün qüdrətini, ana dilinin əhəmiyyətini hər zaman önə çəkirdi.
Məhəmməd Əmin Rəsulzadənin Türk kültürü və ənənələrinə sahib çıxması, bu yolda olan mübarizəsi zamanla onu Türk dünyasının əsas rəmzinə çevirdi. Rəsulzadə, Azərbaycanla yanaşı, bütün Türk xalqları üçün örnək şəxsiyyətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi dövlətlərdə onun ideologiyası siyasi və mədəni həyatlarında cərəyan edir və Türk kültürünün, birliyininin əhəmiyyətini əks etdirir. Türk xalqları arasında qardaşlıq münasibətlərini önə çıxaran liderin mübarizəsi həmin dövlətlərdə yüksək qiymətləndirilir. Türkiyə Rəsulzadə ideyalarını yaxından dəstəkləyir, Qırğızıstanda onun qızıl irsini araşdırılır, Özbəkistanda gənclərə Rəsulzadə kimi Türk gənci olmağı öyrədilir, Türkmənistanda isə Rəsulzadənin ədəbi və elmi fəaliyyəti gənclərə yol göstərir.
Rəsulzadənin müstəqillik, azadlıq, güc, türkçülük və islamçılıq, qardaşlıq, mübarizə kimi ideyaları ilə Şərq və Qərb dövlətlərində qısa müddətdə yayıldı. Onun təmsil etdiyi Türk kültürü xalqlar üçün xüsusi mahiyyət kəsb edirdi. Rəsulzadə, yalnız Azərbaycanı deyil, Türk dünyasını müstəqil və azadlığını, xalqların öz türk kimliklərini qorumasını arzulayırdı.
Məhəmməd Əmin Rəsulzadənin xatirəsi və irsi bütün Türk diyarında yaşamaqdadır. Türk kültürünün qorunmasında Rəsulzadənin fəaliyyəti işıqlı yol kimi hesab edilir. Hər Türk gənci Rəsulzadənin ideyalarını anlamalı , öz millətinin və mədəniyyətinin inkişafı istiqamətində addımlar atmalıdır.

 

Rafael Məcidov