Yunanıstanda mətbuat işçiləri də tətilə çıxdı

Tarix: 22:15 11.03.2025
Yunanıstanda Mətbuat İşçiləri Birliyinin (ESHEA) çağırışı ilə bütün mətbuat işçiləri 24 saatlıq tətilə çıxdı.
Mətbuat işçilərinin kollektiv əmək müqavilələrinin yenilənməsi və daha yaxşı iqtisadi şərtlər tələbi ilə başlanan tətil çərçivəsində ölkədə bir günlük xəbər axını dayandırıldı. Radio və televiziyalardakı xəbər buraxılışları ləğv edilib, internet saytları isə xəbər yeniləmələrini dayandırıb. Tətil səbəbindən sabah ölkədə qəzetlər çap olunmayacaq. Yerli vaxtla saat 05:00-da başlayan tətil, sabah saat 05:00-da başa çatacaq.
Bənövşə Zahidli