Estetik əməliyyatların yayılması

Tarix: 18:58 12.02.2025
İnsan yarananda onun bədən quruluşu nəsil-kökünə uyğun yaranır. Təbii ki, plastik əməliyyatlar qaçılmazdır. Əgər, bir insanın burnunda, qulağında problem varsa, onun sağlamlığına ziyan vurursa, bu zaman əməliyyat qaçılmazdır. Heç bir problem yoxdursa, hər kəs bir-birinə oxşamaq istəyirsə, artıq, o həmin insanın özünün istəyindən asılıdır. Bütün insanlar istəyi ilə bağlı üz quruluşunu dəyişirsə, deməli, özünün genini, nəsil-kökünün quruluşunu dəyişmiş olur.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, estetik əməliyyata marağın müalicəsi yoxdur:
"İnsan özü dərk etməlidir. Bəzi, insanlar özlərini Afrikada yaşayan insanlara oxşadırlar. Bu, Afrikanın təbiəti üçündür. Küləkli, soyuq yerlərdə qaraciyərimiz, çanaqlarımız inkişaf edirlər. Bizim yaşayımızda, yaşadığımız yerdən asılıdır. Xüsusi eybəcərlik halı olur ki, amma, dəyişən zaman elə dəyişdirilməlidir ki, doğuşdan gələn üz quruluşu saxlanılmalıdır".
Həkim sözlərində, xüsusi eybəcərlik halı varsa, etiraz olunma kimi imkan yoxdur deyə qeyd edib:
"Demək ki, həmin insanın əməliyyata ehtiyacı var. Hər kəs üçün ən gözəl üz doğuşdan gələn halıdır. Sağlam nöqteyi-nəzərdən baxdıqda, sağlam haldır. Estetik dedikdə, isə hər kəsin özünün fikiri var".
Nigar Səmədli