Rozaseya xəstəliyinin müalicəsi artıq var !

Bölmə: Sosial › ,
Tarix: 22:44 12.02.2025

Dermatoloq Fərhad Qarayev “informator.az”a açıqlamasında bildirib ki, bu xəstəlik üz nahiyəsində qızartı və bəzən səpkilərlə müşahidə olunur:

 

“Rozaseya üz nahiyəsində, xüsusilə də yanaqlar, qaş arası, burun, çənə nahiyəsində rast gəlinən, qızartı ilə müşahidə olunan xəstəlikdir. Qızartıdan əlavə, şiddətindən asılı olaraq istilənmə hissi və bəzən səpkilər də olur. Bu xəstəlik ən çox orta yaşlı qadınlarda rast gəlinir. Kişilərdə də, yeniyetmə uşaqlarda da bəzən rast gəlinə bilir. Ancaq ən çox 35 yaş yuxarısı qadınlarda rast gəlinir. Xüsusilə də, primoks dövrünə girən qadınlarda daha çox rast gəlinir”.

 

Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəbləri həm daxili, həm də xarici amillərlə bağlıdır:

 

“Səbəbləri daxilidir. Xarici səbəblər isə günəş şüaları, istilik, ədviyyatlı qidalar və başqalarıdır. Xəstəliyin əsas komponenti genişlənən damarlardır. İrsi tərəfi də anatomik quruluşdur. Rozaseya xəstəliyinin müalicəsi artıq var. Əvvəllər ancaq dərman və kremlərlə müalicə alırdılar. İndi isə, lazer müalicəsi də mövcuddur”.

 

Asiya Zeynallı