Egeydə zəlzələ fırtınası turizmə necə təsir edə bilər?

Tarix: 21:24 13.02.2025
Santorini adasına ilk kruiz gəmilərinin fevral ayı ilə birlikdə çatmağa başlaması yeni turizm mövsümünün başlanğıcı kimi görülürdü.
Lakin 20 gündən çoxdur davam edən zəlzələ fırtınası səbəbindən artıq bir gəmi adaya getməkdən imtina edib.
Adanın çətin bir il ilə qarşılaşa biləcəyi ilə bağlı narahatlıqlar artır.
Mütəxəssislər, 10 mindən çox zəlzələnin qeydə alındığı bölgədə aktivliyin nə vaxt sona çatacağını deyə bilmirlər.
Yunanıstan Otelçilər Birliyi də bölgədəki inkişafları yaxından izləyir.
Mənbə: BBC News Türkçe
Nigar Həsənzadə