"Rusiya rəsmiləri Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər"

Bölmə: Dünya › ,
Tarix: 18:04 14.02.2025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyada başlayan Münhen Təhlükəsizlik Konfransında Rusiyanın iştirakı ilə bağlı açıqlama verib.

 

Zaxarova, "Bildiyiniz kimi, Münhen Təhlükəsizlik Konfransına Rusiya rəsmiləri dəvət edilmir. Bu qərar bir neçə il əvvəl qəbul edilib. Bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Rusiyanın varlığı və qurumları orada olmayacaq. Bunu əminliklə deyə bilərəm".

 

Mənbə: CNN Türk

Nərmin Həşimova