Ramazanda qidalanma qaydaları dəyişir

Tarix: 14:36 24.02.2025
Ramazan ayında sağlam qidalanmağın və çəkiyə nəzarət etməyin mümkün olduğunu deyən dietoloq Elif Melek Avcı Dursun orucluq dövründə düzgün qidalanma vərdişləri, iftar və sahurda diqqət yetirilməli olanlar, fiziki fəaliyyətin əhəmiyyəti ilə bağlı vacib məsləhətləri paylaşıb.
Sahurun gün boyu enerji səviyyəsini qorumaq üçün böyük əhəmiyyət daşıdığını bildirən Avcı Dursun bu təklifləri verdi:
Zülal, kompleks karbohidratlar və sağlam yağlar istehlak edin: yumurta, pendir, qatıq,buğda çörəyi, yulaf, qoz və badam kimi qidalar uzun müddət tox qalmağınıza kömək edir.
Ağ un və şəkərdən uzaq durun: xəmir və ağ çörək kimi qidalar qan şəkərini sürətlə yüksəltdiyi və aşağı saldığı üçün gün ərzində daha tez aclıq hiss etməyinizə səbəb ola bilər.
Oruc zamanı yavaşlayan maddələr mübadiləsini dəstəkləmək üçün iftarda balanslı bir başlanğıcın edilməsi lazım olduğunu bildirən Avcı Dursun bu tövsiyələri verdi:
Orucu xurma və su ilə açıb yüngül şorba ilə davam edin.
Həddindən artıq yağlı və şəkərli qidalardan uzaq durun.
Porsiya nəzarətinə diqqət yetirin.
İftar və sahurda düzgün qida seçimləri çəkini idarə etməyə kömək edir və həzm sistemini dəstəkləyir. Avcı Dursun aşağıdakı qidalara üstünlük verməyi təklif edib:
Zülal və lif yeyin: toyuq, balıq, qatıq, paxlalılar və tərəvəzlər sizi tox saxlayır və qan şəkərini balanslaşdırır.
Şəkərli və qazlı içkilərdən uzaq durun: meyvə suyu və qazlı içkilər yerinə bol su və şəkərsiz bitki çayları istifadə edin.
Mənbə: Pembe nar
Nigar Səmədli