Uşaqları təhlükəli internet oyunlarından necə qorumaq olar?-AÇIQLAMA

Tarix: 18:57 14.02.2025
Bu gün internet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və uşaqlar da bu dünyada öz yerlərini tapıblar. Onlar müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdə vaxt keçirir və onlayn təhsil resurslarından faydalanırlar. Lakin bu rəqəmsal mühitin bir tərəfi də uşaqlar üçün ciddi təhlükələr yaradır. Xüsusilə, təhlükəli internet oyunları və zərərli məzmunlar, uşaqların fiziki və psixoloji sağlamlığını təhdid edə bilər. Beləliklə, uşaqların internetdə qarşılaşa biləcəyi risklərdən qorunması yalnız texnoloji vasitələrdən deyil, həm də sağlam tərbiyə və düzgün məlumatlandırmadan asılıdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, internet oyunlarının çoxusunda subliminal mesajlar var:
“Bu uşaqlara manipulativ təsir bağışlayır. Uşaq internetdə oynanılan oyunun psixoloji təsiri altına düşür, bu davranış pozuntusuna səbəb olur. Uşaq xarakterindən aslı olaraq daha qapalı olmağa başlayır. İnternetin manipulativ təsiri vasitəsiylə, subliminal mesajların təsiri vasitəsiylə uşaqlar bəzən intihara, özunə qapanmağa qədər gedib çıxırlar. Valideyinlər uşaqlara internetin təhlükəli tərəfləri barədə mütləq şəkildə məlumat verməlidirlər və daha çox övladları ilə vaxt keçirməlidirlər. Uşaqların internet aslılığını uşaqlıqdan həll etmək üçün çalışdığımız qədər üç yaşına kimi telefon verməmək, üç yaşından altı yaşına kimi telefondan az istifadəsinə nəzarət etmək, yeddi yaşından on iki yaşına qədər olan uşaqlarda bir, iki saat istifadəsinə icazə vermək olar. Əks halda internet oyunlarınən çoxusunda subliminal mesajlar var bu mesajlar uşaqların intiharında qədər gedib çıxardır. Yeniyetmələr bu oyunlar vasitəsiylə intihara daha meyilli olurlar və bəzən bunun qarşısını almaq olmur, ona görə də valideyinlər bu barədə uşaqlarına uşaqların başa düşəcəyi şəkildə xəbərdarlıq etməlidirlər”.
Əsmər Bəşirova