Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş sabah Yaponiyaya gedəcək

Tarix: 18:44 15.02.2025
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 16-20-də Yaponiyada rəsmi səfərdə olacaq.
Türkiyə Böyük Millət Məclisinin sədrliyindən verilən məlumata görə, Kurtulmuş paytaxt Tokioda Yaponiya Nümayəndələr Palatasının sədri Fukuşiro Nukaqa və Yaponiya Məsləhət Şurasının sədri Masakazu Sekiquçi ilə təkbətək və heyətlərarası görüşlər keçirəcək.
Səfər zamanı Türkiyə ilə Yaponiya arasında güclü əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq, parlamentlərarası əlaqələr, Qəzza başda olmaqla qlobal və regional problemlər müzakirə olunacaq.
O, Yaponiyada yaşayan türklərlə görüşəcək.
Kurtulmuş onu müşayiət edən parlament heyəti ilə Yaponiyada yaşayan türklərlə də görüşəcək.
Türkiyənin Yunus Əmrə İnstitutunu və Tokio məscidini ziyarət edəcək Kurtulmuş Sasakava Vəqfinə səfəri zamanı “Yaxın Şərqdə Sülh Perspektifi və Türkiyə” adlı konfransda da çıxış edəcək.
Tama qəbiristanlığında Əbdürreşid İbrahim Əfəndinin məzarını ziyarət edəcək Kurtulmuşun 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra köməyə gələn Yaponiya fəlakətə yardım qrupu ilə də görüşməsi gözlənilir.
Səkinəbəyim Cəfərova
TRT XƏBƏR