Donald Trampdan növbəti təhdid

Bölmə: Dünya › ,
Tarix: 19:13 15.02.2025

Qəzzada məhbus mübadiləsindən sonra açıqlama verən ABŞ prezidenti Tramp bildirib ki, İsrail bütün girovların azad edilməsi üçün verilən vaxtla bağlı nə edəcəyinə bu gün qərar verməlidir.

 

ABŞ prezidenti Donald Tramp Qəzzanı işğal etmək planı ilə dünyanın reaksiyalarının mərkəzində olmaqda davam edir. 

Atəşkəsi dayandırmaq və Fələstin torpaqlarına nəzarəti ələ keçirməklə hədələyən Tramp bölgədən mülki insanları zorla köçürəcəyini və İordaniya və Misirə deportasiya edəcəyini açıqlayıb.

 

O, ƏSİRLƏR HAQQINDA PAYLAŞIM ETDİ 

 

 ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS-ın Qəzzada bu gün azad etdiyi məhbuslardan biri Amerika vətəndaşıdır. “Truth” sosial şəbəkəsində açıqlama verən Tramp bunun keçən həftə heç bir girovu azad etməyəcəkləri ilə bağlı açıqlamalarından fərqli olduğunu bildirib.

 

"VERDİYİM MÜDDƏT BU GÜN BİTİR" 

 

Tramp, "İsraildə bu gün üç girov azad edilib. Onların hamısının azad edilməsi üçün verdiyim müddət bu gün saat 12:00-da bitir. İsrail bununla bağlı nə edəcəyinə qərar verməlidir",- deyib. O əlavə edib ki, ABŞ İsrailin qərarını dəstəkləyəcək.

 

Mənbə: en son haber 

Aslanova Fatimə